3 qolla Avropa çempionatının bombardirlərindən biri olan Gürcüstan millisinin hücumçusu Jorj Mikautadzenin “Monako”ya keçidi alınmayıb.
Buna “Mets”in 23 yaşlı hücumçusunu “Olimpik Lion”a satmaq istəməsi səbəb olub. Bu barədə nüfuzlu italiyalı insayder Fabritsio Romano məlumat verib. Məsələ ondadır ki, “Mets”lə “Monako” razılıq əldə etdiyi məqamda “Olimpik Lion” daha sərfəli təkliflə müraciət edib. Nəticədə Monakoda tibbi baxışdan keçməyə hazırlaşarkən “Mets” futbolçusu geri çağırıb. Qeyd edək ki, Mikautadze ötən mövsüm Fransada keçirdiyi 31 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.